Bakıda dəhşətli yanğın – 2 nəfər diri-diri yandı

Bakıda yanğın nəticəsində iki nəfərin meyiti tapılıb.

Olaylar.az-in "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, martın 16-sı gecə saat 3 radələrində Nizami rayonu, M.S.Ordubadi küçəsində yerləşən evdə yanğın nəticəsində qatı tüstüləmə baş verib. Mənzildən 1 kişi və 1 qadının meyiti tapılıb.

Qadının adının Raisa olduğu bəlli olsa da, kişinin şəxsiyyəti hələ ki, müəyyən olunmayıb.

Rayon prokurorluq və polis orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, meyitlərin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar olunmayıb. Meyitlərin ətraflı xarici və daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR