Demet Akalının Bakıya kimin toyuna gəldiyi bəlli oldu

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlmişdi.

"qafqazinfo" xəbər verir ki, daha sonra bəzi media orqanlarında Bakının ən məşhur restoranlarının birində baş tutan məclis sahibinin "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanovun qardaşı olması ilə bağlı məlumatlar yayımlanmışdı və Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəldiyi iddia edilmişdi.

20 ildən artıq Türkiyədə yaşayan və işləyən iş adamı Vəfadar Həsənov yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, həmin toyun sahibi özüdür və Demet Akalınla uzun illərdir ailəvi dostdurlar:

"Demet xanım özü hədiyyə olaraq oğlumun kiçik toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR