Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının birgə təşkilatçılığı ilə 14-15 mart tarixlərində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə "Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları" mövzusunda təlim keçirilib. "OLAYLAR"-a Agentlikdən verilən məlumata görə,  2 gün davam edən təlimdə mövzuya dair müxtəlif təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən kiçik və orta biznes  subyektlərini təmsil edən 20-dən çox sahibkar, maliyyə meneceri və mühasib işirak edib.

KOBİA tərəfindən 2019-cu il ərzində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istqamətində təlim və digər tədbirlər davam etdiriləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR