Binə qəsəbəsində təmir işləri yekunlaşıb

Binə qəsəbəsində uzunluğu 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.  Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, cari ilin əvvəlindən Binə qəsəbəsində start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1.5 km, eni isə 5.5 metr olan Sabir və Nəsimi küçələridir. Küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Hazırda isə təmir-tikinti işləri 2 yşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17.5 km, sahəsi isə 120 min kv.m-dir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR