Prezidentin fərmanının icrasına start verildi

Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib

Martın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub. Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak ediblər. Tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin aradan qaldırılması, bu məsələlərin gündəmdən çıxarılması üçün mütəmadi addımlar atır. Həmin addımlar müxtəlif fərman və sərəncamlarla öz təsdiqini tapır. Bu nümunəvi addımlardan biri dı 19 fevral tarixində prezident tərəfindən imzalanmış fərmandır. Hansı ki, çoxmənzilli binalarda uzun müddətdir ki, insanların yaşaması, istismar etməsinə baxmayaraq onların rəsmi olaraq istismara qəbul olmayan binaların istismara qəbul olunması nəzərdə tutulur.  F. Mustafayev bildirib ki, Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib. Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: "Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq, mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün, ümumilikdə, 6 bina istismara verilir". F.Mustafayev bildirib ki, istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində "İdea İnşaat MTK"ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: "Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki bu olmasa, insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi".

Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev əlavə edib ki, Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq: "Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq". Evlərinə çıxarışlar əldə edən mənzil sahibləri prezident İlham Əliyevə minnətdarlıq bildiriblər.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR