Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi "Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri" mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, tədbirdə rayonunun aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, tibb işçilərinin, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər olmaqla, ümumilikdə 73 nəfər iştirak edib.

Ağsu rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tofiq Kərimov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin keçirdiyi maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb.

Sonra Ağsu regional miqrasiya idarəsinin məsul vəzifəli şəxsi Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə vətəndaşlara göstərilən elektron xidmətlərin sayının artırılması, Dövlət Miqrasiya Xidmətinə gənclərlərdən ibarət könüllülərin cəlb olunması, Xidmətin fəaliyyət imkanlarının genişləndirilərək, "Samur", "Astara", "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələrinin fəaliyyət göstərməsi, miqrasiya qanunvericiliyi ilə bağlı Xidmətin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər, o cümlədən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində regional konfransların keçirilməsi barədə video slayd vasitəsilə geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR