Toxunmayın ürəyinə anamın - Əmrah Fəqanoğlu

Azərbaycan İnformasiya Mərkəzi sevimli həmkarımız, şair-publisist Əmrah Fəqanoğlunun şeirini təqdim edir...

Anam mənim ürəyimdi, canımdı,
Görən gözüm, dinimdi, imanımdı.
Göydə Tanrı, yerdə o gümanımdı
Toxunmayın ürəyinə anamın!

Məhəbbəti dəryalardı, ümmandı,
Hər kəlməsi bir məlhəmdi, dərmandı.
Yarasına duzlar səpib, amandı,
Toxunmayın ürəyinə anamın.

Gözü nəmli, dərdlərilə baş-başa,
Könlü gülməz, bürüsən al qumaşa. 
Daş dillənər, dərdin söyləsə daşa,
Toxunmayın ürəyinə anamın.

Bu dünyada sevincli gün görməyib,
Şadlıq içrə xürrəm ömür sürməyib.
Ömrü-günü bizim üçün əriyib. 
Toxunmayın ürəyinə anamın.

Ağ saçları ucalıqdır, zirvədir,
Laylaları simfoniya, bəstədir.
Toxunsanız, mənim üçün stiəmdir,
Toxunmayın ürəyinə anamın.

Təkcə nadan sevməz doğma anasın,
Yaradan, ömür ver, anam yaşasın.
İstəmirsiz ruhum yansın, alışsın, 
Toxunmayın ürəyinə anamın!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR