AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi

Payızlıq əkinlərə qulluq, bağlarda erkən yaz tədbirlərinin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması önəmli olmaqla yanaşı məsuliyyət də tələb edir. Hazırda təsərrüfat sahibləri bol məhsul almaq üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün zəruri vasitələrdən, xüsusi ilə aqrokimyəvi maddələrdən və bitki mühafizə vasitələrindən istifadə edirlər.

"OLAYLAR"-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyi təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, müvafiq tədbirlər görərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də  insanların və  heyvanların sağlamlığına zərər vurulmamalıdır.

Bu məqsədlə   Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfat sahibləri  arasında maarifləndirmə tədbirləri genişləndirilib. Hazırda respublikanın bütün regionlarında istixanalarda, açıq sahələrdə becərilən və anbarlarda saxlanılan məhsullara fitosanitar müşahidələr tətbiq olunur. Fermerlərə düzgün qulluq və mübarizə tədbirlərinə dair tövsiyyələr verilir.

"Sağlam qida" şüarı ilə təsərrüfat sahiblərinə dəstək məqsədi ilə torpaqlardan və məhsullardan nümunələr götürülərək ödənişsiz laborator müayinələrə cəlb edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR