Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib

Martın 15-də Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci il dönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq təşkil edilən qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin 170 əməkdaşı iştirak edib.

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR