Rektor əvəzi qalib tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov "Technical Premiere" adlı açıq debat turnirinin qalibləri olmuş AzTU tələbələri ilə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tələbələri qazandıqları uğura görə təbrik edən rektor əvəzi bildirib ki, debat gənclərin şəxsi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. AzTU-da debat klubların yaradılması, həmin klubların inkişaf etdirilməsi ilə bağlı mütəmadi işlər görüldüyünü deyən professor Xalıq Yahudov, qalib tələbələrə daha yüksək naliyyətlər arzulayıb.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetində keçirilən debat turnirinin final mərhələsində AzTU natiqlərinin təmsil olunduğu komanda Azərbaycan Dillər Universitetini təmsil edən komanda ilə qarşılaşıb və qalib olub. Bununla yanaşı AzTU-nun spikerlərindən 6-sı ən yaxşı natiq adına layiq görülüblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR