I sinfə qəbulla bağlı suallar cavablandırılacaq

Martın 15-də saat 15.00-da "Təhsil" televiziyasının "Həftənin sualı" verilişi nazirliyin saytı və  "Facebook" sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq.  "OLAYLAR"-a Təhsil Nazirliyindən verilən məlumata görə, verilişdə I sinfə qəbulla bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətiriləcək.

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva cavablandıracaq.

Qəbul prosesinin gedişi ilə bağlı sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR