Beynəlxalq Avrasiya Mətbuat Fondu mətbuat konfransı keçirib

Martın 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondu öz ofisində mətbuat konfransı keçirib. Mətbuat konfransı BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında iştirakıyla bağlı olub. Konfransda BAMF Prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbud, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət və digər ictimai xadimlər iştirak edib. BAMF Prezidenti Umud Mirzəyev mətbuat konfransında çıxış edərək özünün rəhbərlik etdiyi BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında iştirakıyla bağlı ətraflı məlumat verib. U. Mirzəyev qeyd edib ki, vətəndaş cəmiyyəti qurumlarının beynəlxalq müstəvidə fəaliyyəti daha da genişləndirilməli və şaxələndirilməlidir. Həmçinin, xüsusən Sərsəng su anbarı, işğal altındakı ərazilərimizdə yeni yaşayış məskənlərinin salınması və ölkəmiz üçün həyati əhəmiyyətə malik digər mövzularda vətəndaş cəmiyyəti qurumları birgə hərəkət etməli və bir-birilərinə dəstək olmalıdırlar. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbud da mətbuat konfransında çıxış edənlərdən biri olub. O, dövlətin ölkədəki QHT və digər ictimai qurumlara gündən-günə artan dəstəyi barədə məlumat verib. Həmçinin, E. Behbud BAMF nümayəndə heyətinin Cenevrədə keçirilən beynəlxalq sessiyada iştirakını yüksək qiymətləndirib. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə öz çıxışında BAMF-ın beynəlxalq müstəvidəki fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətinə toxunub. A. Həsrət BAMF başda olmaqla ölkə maraqlarına xidmət edən bütün təşkilatların maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da çıxış edərək vətəndaş cəmiyyəti qurumlarının daha aktiv fəaliyyətinin zəruriliyinə toxunub və BAMF-ın ölkə daxilində və xaricində milli maraqları qoruyan ən əsas qurumlardan biri olduğunu qeyd edib. Tədbirin sonunda Cenevrədə keçirilən beynəlxalq sessiyayla bağlı şəkillər iştirakçılara təqdim olunub, videoçarx və Sərsəng su anbarıyla bağlı " Su-Müharibə maşını" sənədli filmi nümayiş olunub.

http://ednews.net/az/news/society/358738-beynelxalq-avrasiya-metbuat-fondu-metbuat-konfransi-kecirib

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR