Müsabiqə qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. "OLAYLAR" xəbər verir ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası 38 balla I, 55 və 117 nömrəli tam orta məktəblərin komandaları 35 balla II, 271 və 42 nömrəli tam orta məktəblərin komandaları isə 29 balla III yerə layiq görülüb.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı  şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqədə iştirak edən komandalar 3 nəfərdən (IX  sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.

Müsabiqə qalibləri 2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR