Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır

Cari ilin əvvəlindən başlayaraq Şamaxı rayonunun  Çölgöylər kəndində qazlaşdırılma işləri yüksək surətlə aparılır. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən xəbərə görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında  müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması  nəzərdə tutulub.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR