Azərbaycan 129 ölkə ilə ticarət əməliyyatı aparıb

2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 69 ölkəyə məhsul ixrac olunub, 126 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən "Olaylar"a bildirilib ki, 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1482,2 milyon dollar, idxalın dəyəri 1022,7 milyon dollar təşkil edib, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranəb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz, o cümlədən idxal 48,3 faiz artıb, ixrac isə 3,8 faiz azalıb. Real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən idxal 17,7 faiz, ixrac 0,7 faiz artıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR