Gənclər evlilik təklifinə görə saxlanıldı

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib.

Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə xanıma evlilik təklif etməsi qanunlara ziddir.

Rəis müavininin sözlərinə görə, gənc qız və oğlan daha sonra şərti azadlığıa buraxılıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR