Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir

"Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısının qərarlar ilə həm sosial təminat, həm də xidmət sahələrinin inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digərlərinə xidmət edir. Amma təəssüflər olsun ki, bəzən ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmirik. Azərbaycanın əleyhinə işləyən qüvvələr, əhalini aldatmaqla qazandıqlarımızı öz adlarına çıxmaq istəyirlər". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki. bu fikirləri  YAP İcra katibinin müavini, Mili Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov səsləndirib. O, bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsində də bunun şahidi olduq: "Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istədilər. Halbuki, ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, araşdırmalar, müzakirələr gedirdi. Xarici ölkələrin təcrübəsi öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup şəxs, böhtan şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışdılar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR