"Görülən işlər, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib”

Deputat: "Dövlətimizin gördüyü işləri ictimaiyyətin diqqətinə düzgün çatdırmalıyıq"

Milli Məclisin fevralın 12-də keçirilən növbəti plenar iclasında millət vəkilləri cari məsələlər üçün ayrılan vaxt ərzində müxtəlif məslələrdən danışıblar. Əvvəlcə spiker Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib. O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: "Qardaş ölkənin parlament sədrinə buna görə hamımızın adından təşəkkür edirik". Sonra Oqtay Əsədov deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyini münasibətilə təbrik edib. Millət vəkili Aydın Mİrzəzadə qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycan deputatlarına təbrik məktubu və hədiyyəsi Türkiyə ilə Azərbaycan arasında qardaşlığın dərinləşməsini göstərir. Deputat bildirib ki, Türkiyə Parlamentinin sədri tərəfidən atılan bu addım iki ölkə arasında olan qardaşlığın möhkəmliyini göstərir: "Xatırlamıram ki, indiyədən hanısısa ölkənin parlament sədri Azərbaycan deputatlarına məktub göndərərək onları xüsusi hədiyyə ilə təbrik etsin". İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək olduğunu deyən A.Mirzəzadə söyləyib ki, həm iki ölkənin parlament sədri, həm də deputatlar arasında isti münasibətlər mövcuddur: "Azərbaycan və Türkiyə hər zaman bir birinin yanında olacaq. Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə kədərimiz olacaq".

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri inqilabı addım minimum əmək haqqının artırılması ilə bağlı imzalanan sərəncamıdır. Komitə sədri bildirib ki, ölkə başçısının sərəncamı əsasında əhalinin böyük hissəsi, 600 min nəfər insan əmək haqlarında hiss olunacaq dərəcədə fərq görəcəklər: "Bu, müstəqillik dövründə atılan ilk addımdır. Bu sərəncam gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək". Komitə sədri söyləyib ki, Azərbaycanda uzun illərdir ki, minimum əmək haqqı yaşayaış minimumundan aşağı idi:" 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əmək haqqı 50 manat idi. Bu cür fərq digər illərdə də özünün göstərirdi. Lakin ölkə başçısınən son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi" H. Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür: "Prezident tərəfindən şəhid ailələrinə verilən müavinət 58 manat arataraq 300 manata çatıdırıldı. Bəzən biz birbaşa manatla olan müavinətləri qavraya bilirik, amma ölkədə gedən məktəb, yol və digərlərinin tikintisini qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlər atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib". Deputat Əli Məsimli bildirib ki, prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb. Həmin islahatlar xalq tərəfindən dəstəklənir. Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamınını dəstəkləyən deputat ölkədəki qiymət artımından da danışıb. "Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları bəhanə gətirərək qiymətləri qaldırırlar".

Deputat Siyaviş Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısı tərəfindən atılan addımlar nəticəsində həm təminat, həm də xidmət sahələrinin inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digərlərinə xidmət edir. Amma təəssüflər olsun ki, bəzən ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmirik. Azərbaycan əlayehinə işləyən qüvvələr, əhalini aldatmaqla qazandıqlarımızı öz adlarına çıxmaq istəyirlər. O, bildirib ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə ayrıdığı birdəfəlik yardımla bağlı məsələdə də bunun şahidi olduq: "Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istədilər. Halbuki ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, araşdırmalar, müzakirələr gedirdi. Xarici ölkələrin təcrübəsi öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup şəxs, böhtan şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışdılar". S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: "Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərində də təşəbbüskar ölkə başçısıdır. Biz hər birimiz bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin prioriteti olduğunu başa salmalıyıq".

Milli Məclisin sədr müavini Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycanın ən azı son 100 illik tarixini götürsək, onun bütün məqamlarında xalqımızın əsas problemi müstəqil, ayaqda duran dövlət və bu dövlətin yaratdığı şərait nəticəsində azad, sərbəst, rifah içərisində yaşayan vətəndaş cəmiyyəti qurmaq idisə, bizim əleyhdarlarımızın məqsədi gündəmi dəyişmək, bizə heç bir aidiyyatı olmayan məsələləri sıramaq, diqqəti əsas məqsəddən yayındırmaq, Azərbaycanı qüdrətli dövlətə çevirmək istiqamətindən yayındırmaq niyyətləri olub. O, bildirib ki, ötən ilin sonundan və bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır: "Beynəlxalq təşkilatların vasitəçi nümayəndələrin, həm həmsədr ölkələrin bəyanatarı, həm Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar bizi müəyyən qədər ümidlənməyə, məslənin ölü nöqtədən tərpənməyə əsas verirdisə, ortaya çıxan meyllər bizi problemi həll etmək iqtidarımız gücləndikcə onun qarşısını almaq istəyən dairələrin səylərini artırmaq cəhdi göstərdiyini düşünməyə vadar edir". Onun sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: "Hətta bunun əksini söyləyənlər də reallığı görür. Lakin onların məqsədləri gündəmi dəyişmək, qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə biz bu səyləri göz önünə alaraq, diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda bu məsələnin həllinə və Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında, digər parametr kimi çıxış edən ölkə vətəndaşlarının sosial rifahının diqqətin daim diqqətində olduğunu göstərən siyasəti nəzərə alaraq bütün bunların vahid məqsəd olan Dağlıq Qarabağ və danışıqlar prosesini irəlilətməyə çağırıram".

Sonra deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdirblər. Ədliyyə nazirinin müavini Vilayət Zahirov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ni təqdim edib. Bildirilib ki, 2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəmələrə göndərilib. Bu protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bələdiyyə aktlarının hüquqi ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələrə müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s.) əhatə edən 5976 tövsiyə göndərilib. Hesabat sənədinə görə, Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılıb. Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək, 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib. Nazir müavini qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: "Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır. Bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib". Parlamentin  Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələn hər şey etməliyik: "Hesab edirəm ki, bütün məqamlarda məqsəd məhz bu olmaldır. Heç bir məqamda bizi bu niyyətdən yayındıran dairələin cəhdlərinə uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat məsələləri gündəmə gətirməyə vadar edir. Ona görə də gücdən qüdrətdən istinad edərək, ölkə prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq". Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət edilir. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir. O, bildirib ki, çıxışlarda tez-tez bələdiyyələrin yeni struktur olması, onların iş mexanimzminin dövlət tərəfindən müəyyən yardımlar əsasında qurulması ilə bağlı fikirlərə rast gəlirik: "Artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar". S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub, kinoteatrlar yoxdur: "Elə bələdiyyərlər var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdilər. Bələdiyyə meşələri, bağları salmaq, örüşlər icarəyə verməklə əlavə vəsait əldə etmək olar. 20-dən atıq bələdiyyələrin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır". Millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdirblər.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR