Minimum əmək haqqının artırılması vətəndaşlara olan yüksək diqqət və qayğının nəticəsidir

"Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamı əhalinin rifahı halının yaxşılaşdırılması istiqamətində növbəti addımdır". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Tahir Rzayev səsləndirib. O, bildirib ki, minimum əmək haqqının artırılması ən azı 600 min nəfəri əhatə edəcək. Bu həm də minimum əmək haqqının yaşayış minimumuna çatdırılması deməkdir. "Azərbaycanın dövlət büdcəsinin mühüm hissəsinin sosial xərclərə ayrılması ölkəmizdə vətəndaşların sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılmasına önəm verilməsinin bariz göstəricisidir. Bunun nəticəsidir ki, Azərbaycan büdcə sosial yönümlü büdcə adlanır . Ümumiyyətlə, dünyada baş verən qlobal proseslər fonunda belə ölkəmizdə sosial xərclərin azaldılmasına yol verilməyib. Azərbaycan Prezidenti atdığı bütün addımlarla daim xalqın yanında olduğunu bir daha sübut etmiş olur. Minimum əmək haqqının artırılması da vətəndaşlara olan yüksək diqqət və qayğının nəticəsidir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR