Daşkənddə professor Ramiz Əskərin özbək ədəbiyyatı ilə bağlı Bakıda çap etdirdiyi kitablarının təqdimatı keçirilib

Daşkənddə Bakı Dövlət Universitetinin Türkologiya Kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş və onun özbək ədəbiyyatı ilə bağlı Bakıda çap etdirdiyi kitablarının təqdimatı keçirilib.                                 

AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən görüşdə Özbəkistanın elm, mədəniyyət xadimləri, alimlər, tərcüməçilər, yerli azərbaycanlılar və mətbuat nümayəndələri iştirak edib.

Əvvəl iştirakçılar Ramiz Əskər Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri və tərcümə kitablarının sərgisi ilə tanış oldular.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ramiz Əskər yaradıcılığı haqqında danışıb, alimin tədqiqat əsərləri, özbək və digər türk xalqlarının ədəbiyyatından etdiyi tərcümələri haqqında məlumat verib, alim bu əsərlərlə iki xalq arasında möhkəm dostluq körpüsü yaratdığını qeyd edib.

S.Abbasov qeyd edib ki, Ramiz Əskərin "XX əsr özbək şeiri antologiyası", Zəhirəddin Məhəmməd Baburun "Seçilmiş əsərləri: "Baburnamə", Sultan Hüseyn Bayqaranın "Divan", Yusif Balasaqunlunun "Qutadqu bilik" və digər kitabları türk dünyasında məşhirdur. Alimin özbək ədəbiyyatı ilə əlaqədar 13 kitab, 100-dən artıq məqaləsi dərc olunub.

S.Abbasov lkə rəhbərliyinin Ramiz Əskərin fəaliyyətinə yüksək qiymət verdiyini 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə alim "Şöhrət" ordeni ilə təltif edildiyini vurğulayıb.

Daha sonra şair-tərcüməçi Babaxan Şərif çıxış edərək uzun illər mətbuat sahəsində fəaliyyət göstərən Ramiz Əskərin jurnalistika fəaliyyəti, onun ədəbiyyatımızdakı mövqeyi, yaratdığı zəngin irs haqqında danışıb, türk xalqlarının ədəbiyyatına dair ümumilikdə 65 kitabın hazırladığını vurğulayıb. Babaxan Şərif Ramiz Əskərin türk xalqlarının ədəbiyyatını Azərbaycan dilinə çevirərək oxuculara çatdırılmasını özbək ədəbiyyatı üçün də böyük töhvə adlandırıb.

Alim və tərcüməçi Karim Baxriyev, Mahmud Yuldaşov öz çıxışlarında Ramiz əskərin əsərlərinə yüksək qiymət verib, alimə Beynəlxalq Babur mükafatının verildiyini söyləyiblər.

Tarixçi alim Şuxrat Salamov türkdilli xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışıb. Böyük özbək şairi Əlişir Nəvainin irsinin tədqiqi sahəsindəki xidmətlərinə görə ailim Nəvai şəhərinin fəxri vətəndaşı seçilib. Hazırda ramiz əskər şairin "Xəmsə"sininAzərbaycan dilinə çevirir. 

Dossent Gülbahar Aşurova Ramiz Əskərin əsərləri, onun türk xalqlarının ədəbiyyatlarının yaxınlaşmasındakı xidmətlərindən danışıb. Onun özbək ədəbiyyatı ilə yanaşı türk, türkmən, qırğız, qazax, tatar ədəbiyyatı ilə bağlı maraqlı tədqiqatlar apardığını söyləyib.          

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR