Yəhudi müğənni Tofiq Quliyevin mahnısını ABŞ Senatında oxudu

 

 

Buxara yəhudi konqresinin 20 illiyi münasibətilə ABŞ Senatında təşkil olunan şam yeməyində buxaralı müğənni Rəşid Rubinov məşhur Azərbaycan mahnısı "Yalqızam, yalqız"ı ana dilimizdə ifa edib.

Musavat.com xəbər verir ki, bu ifa həmin məclisdə qonaq kimi iştirak edən, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu o dərəcədə məmnun edib ki, o yəhudi ifaçıya yaxınlaşaraq onu bağrına basıb. Yəhudi müğənninin bəstəkarımızın mahnısını Azərbaycan dilində oxuması Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluğun ifadəsi hesab edilib. 

Qeyd edək ki, həmin mahnı Azərbaycanın məşhur bəstəkarı Tofiq Quliyevin populyar əsərlərindən biridir. Mahnının sözlərini görkəmli şairimiz Rəsul Rza yazıb. Onun ilk ifaşısı isə Rəşid Behbudov olub. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilib.

Onu da xatırladaq ki, bundan əvvəl də İsraildə, eləcə də dünyanın başqa yerlərindəki yəhudi diasporu arasında Azərbaycan mahnılarına, klassik musiqi əsərlərinə maraq həmişə böyük olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR