Deputat qiymət artımına etiraz etdi

"Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib. O qeyd edib ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib.

Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb: "Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir.  Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları, Novruz bayramını bəhanə gətirərək, qiymətləri qaldırırlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR