Şamaxıda zəlzələ oldu

Şamaxıda zəlzələ baş verib. Olaylar.az bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından Publika.az-a verilən məlumata görə, yeraltı təkanların gücü 3 bal təşkil edib:

"Axşam saatlarında təxminən 3 bala yaxın zəlzələ oldu. Təkanlar hiss olunub. Hələlik heç bir ciddi fəsad yoxdur".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 kilometr qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR