“Hökumətlə görüş” mövzusunda tədbir keçirilib - FOTOLAR

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi, tərəfdaşı "Region" Beynəlxalq Analitik Mərkəz və Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyilə "Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı layihəsi" çərçivəsində "Hökumətlə görüş" mövsusunda tədbir həyata keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirin mövzusu "Hökumətlə görüş" silsiləsi çərçivəsində Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı aparılan informasiya alıb-vermə, sual-cavab və təkliflər formatında olub.

Tədbirin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhvə vermək, birtərəfli məlumatların yayılmasının qarşısını almaq və müzakirə nəticəsində daha ciddi irəliləyişlərə nail olmaq üçün səy göstərməkdir.

Müzakirələrdə bu mövzulara geniş yer verilib:

1. "Vergilər Məcəlləsinə dəyişikliklər və QHT-ləri maraqlandıran suallar";
2. "Vergilər Məcəlləsinə dəyişikliklərin şərhi";
3. QHT - Problemləri ilə bağlı müzakirələr, sual-cavab.

Cebhe.info

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR