“Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər”

" AMEA Mərkəzi Elmi Kitabxanası "Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər" adlı tədbir keçirib.

Olaylar.az xəbər verir ki, tədbirdə Berlin Humboldt Universitetinin professoru Klaudia Luks (Claudia Lux), Prezident Administrasiyası, respublikanın aparıcı kitabxanaları, ali məktəblərin kitabxanaları və digər təşkilatların nümayəndələri iştirak ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova "Mərkəzi Elmi Kitabxananın strateji hədəfləri və tətbiqi fəaliyyəti" mövzusunda çıxış edib. Dəyirmi masanın məqsədinin müasir kitabxana-informasiya çağırışlarını və trendlərini müzakirə etmək olduğunu bildirib.

L.İmanova ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verməsinin vacibliyini vurğulayıb.

Sonra "Müasir kitabxana-informasiya çağırışları və trendlər" mövzusunda çıxış edən professor K.Luks bildirib ki, bu istiqamətdə çağırış və trendlər yeni texnologiyaların tətbiqi dərəcəsinə görə dəyişir. İnformasiya bazası qlobal biliklərlə genişləndikcə  daha  sürətli rabitəyə ehtiyac duyulur.

Leyla İmanova 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Nəsimi ili" elan edilməsi münasibətilə almaniyalı qonağa Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin alman dilində çap olunmuş əsərlər toplusunu hədiyyə edib.

Professor K.Luks elmi məqalələrini kitabxanaya təqdim edib və MEK ilə müəllif müqaviləsi imzalayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR