Xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək Prezident İlham Əliyevin iş tərzidir

Çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, inandığı, etibar etdiyi dövlət başçısı gəlir

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir. Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı zəlzələnin fəsadlarının təcili aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların dərhal icrasına başlanılıb. Belə ki, şəhərin Salman Mümtaz 33, Vidadi Məmmədov 7, Hacı Məmmədov 23 və Səttat Bəhlulzadə 10 ünvanlarında yerləşən qəzalı evlərin yenidən tikilməsi üçün söküntü işlərinə start verilib. Həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin tam müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qeyd edək ki, Prezident İlham Əliyevin zəlzələnin fəsadlarının daha çox qeydə alındığı Şamaxı rayonunda olması sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Dövlətimizin başçısı ziyan çəkmiş evlərin sakinləri ilə görüşərək, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verib.

Millət vəkili  Pərvin Kərimzadə deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkə vətəndaşlarının maddi-rifah halının yüksəlməsinnə xidmət edir: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin". 15 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən deyilən bu sözlər bu gün tam təsdiqini tapıb. Dövlət başçısının 15 il ərzində həyata keçirdiyi saysız-hesabsız tədbirlərin, gördüyü işlərin kökündə ölkə vətəndaşları, onların həyat şəraitinin, vəziyyətinin daha da yaxşılaşdırılması, maddi-rifah halının yüksək səviyyəyə qaldırılması durub. Bu isə onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının diqqət mərkəzindədir, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman yüksək səviyyədə təşkil edilir". Deputat bildirib ki, aztəminatlı, ailə başçısını itirən, eləcə də şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlara Prezident İlham Əliyevin diqqət və qayğısı davamlı xarakter alıb: "Bir sözlə, çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezident İlham Əliyev gəlir. Fevralın 7-də dövlət başçısının Şamaxı rayonunda baş verən təbii fəlakətdən zərər çəkən insanların yanına getməsi, "mən gəlməyə bilməzdim" söyləməsi təkcə şamaxılıların deyil, bütün ölkə vətəndaşlarının ruh yüksəkliyinə səbəb oldu. Dövlət başçısının hər bir ölkə vətəndaşına göstərdiyi diqqət, qayğı xalqın öz Prezidentinə olan inamını daha da artırır. Şəhid ailələri ilə son görüşündə Prezident İlham Əliyevin dediyi "Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin" ifadəsi və bu sahədə olan problemləri köklü surətdə həll etməsi dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Bu görüşdə yaşanan həssas məqamlar da xalqın gözündən yayınmadı. Dövlət başçısının şəhid ailəsindən olan yaşlı insanların əllərindən tutması, həyəcan keçirən ağsaqqal şəhid atasına su verməsi dövlət başçısının öz vətəndaşına göstərdiyi səmimi münasibətin təsdiqidir. Belə həssas məqamlardan biri də Prezident İlham Əliyevin gənclərlə görüşündə yaşandı. Dövlət başçısının əlil gəncə yaxınlaşması, onu təbrik edərək, təltif etməsi də Azərbaycan gəncinə olan dəyərin göstəricisi kimi yaddaşlara yazıldı. 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da Prezident İlham Əliyevin diqqətindən kənarda qalmadı. Qəza nəticəsində evlərini itirən, üzüntü, kədər içərisində olan bina sakinləri üçün yeni çoxmənzilli yaşayış binasının tikintisinə maliyyə vəsaiti ayırması ölkə Prezidentinin çoxminli humanist qərarlarından oldu. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də insanlar dövlət başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayırlar.Yaxşı bilirlər ki, Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir".

Millət vəkili İlham Məmmədov deyib ki, Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Deputat vurğulayıb ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir: "Biz həmişə cənab Prezidentin xalqın yanında olduğuna şahid olmuşuq. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir". İ.Məmmədov vurğulayıb ki, zəlzələ təbii fəlakətdir və bundan heç vaxt heç kim sığortalanmayıb: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisədən zərər çəkmiş insanların, ümumilikdə xalqın yanında olduqlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev Fondunun könüllüləri də hadisədən dərhal sonra zəlzələ bölgəsinə getdilər, insanlara yardım göstərdilər. Prezident İlham Əliyevin Şamaxıya səfəri hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR