Azərbaycanın sosial siyasətinin təməlində vətəndaşın rifahının yaxşılaşdırılması durur

Minimum əməkhaqlarının artırılması əhalinin maddi durumuna müsbət təsir göstərəcək.

Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə mövcud olan bəzi sosial problemlərin həlli hər zaman Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub. Müstəqilliyin ilk illərindən bu sahəyə yönələn diqqət və ötən illər ərzində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verərək vətəndaşlarımızın, cəmiyyətin sosial rifah halının yaxşılaşdırılmasına təkan verib. Azərbaycanda sosial sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də pensiya təminatı sisteminin inkişaf etdirilməsi ilə bağlıdır. Məhz bu məqsədlə 2020-ci ilə qdərki dövrü əhatə edən xüsusi dövlət proqramı təsdiq edilib. Azərbaycanda sosial sahədə atılan mühüm addımlardan biri də ölkədə Ünvanlı Sosial Yardımın (ÜSY) tətbiq edilməsidir ki, bununla  əhalinin sosial təminat sisteminin daha da möhkəmləndirilməsi təmin edilib. Həmçinin işsizlərə işsizlik müavinətinin verilməsi də ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan təqdirəlayiq addımlardan hesab edilir. İldən-ilə işsizlərə bu məqsədlə verilən müavinətlərin artırılması da işsiz vətəndaşlar tərəfindən müsbət qarşılanır. Dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq  şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik  ödəmələrin verilməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mütərəqqi addımlardandır. Bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addım olmaqla yanaşı, həm də Azərbaycan dövləti, Prezident İlham Əliyevin şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın yanında olduğunun göstəricisidir. Sadalanan bu və ya digər faktlar deməyə əsas verir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması hər zaman Azərbaycan dövləti, xüsiusən dövlət başçısı üçün prioritet olub. Prezident İlham Əliyevin minimum əmək haqqının artıtrılması ilə bağlı imzaladığı sərəncam da birbaşa əhalinin sosial rifah halının yüksəlməsinə hesablanıb. Məlumat üçün qeyd edək ki,  Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əməkhaqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasına elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər daxildir. Minimum əməkhaqqı artımı eyni zamanda özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əməkhaqqının artmasına səbəb olacaq. Dövlət başçısının yeni Sərəncamı ilə minimum əməkhaqqının artırılması muzdla çalışanların azı 40%-nin əməkhaqlarının artmasına imkan verəcək. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq. Əslində bu siyahını daha da genişləndirmək mümkündür. Lakin fakt ondan ibarətdir ki, dövlət başçısının sərəncamı ən müxtəlif sahələrdə çalışan işçilərin gəlirlərinin artmasına səbəb olacaq. Millət vəkili, Milli  Məclisin Əmək və Sosial  Siyasət Komitəsinin sədr  müavini Rauf  Əliyev qeyd edib ki, Azərbaycan  Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində  azərbaycan vətəndaşı durur. Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının durmadan daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin "Minumum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin   2017-ci il  25 dekabr sərəncamında dəyişiklik edilməsi barədə"  8 fevral 2019-cu il  tarixli və  07.02.2019-cu il tarixli " Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında"  Sərəncamları buna bariz nümunədir. Sözügedən sərəncamla 2019-cu ilin mart ayının 1-dən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu minumum əmək haqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əmək haqqının  ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (180 manat) çatdırılmasına nail olunmuşdur. Hesablamalara görə minimum əmək haqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcəkdir. Minimum əmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində  Azərbaycanda əmək haqqı 7 dəfə, minimum əmək haqqı isə 6,5 dəfə artmışdır". Onun bildirdiyinə görə,  Azərbaycan Respublikası Prezidentinin  "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 07.02.2019-cu il tarixli  Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq  2019-cu ilin yanvar ayının 1 tarxinə bütün növ əmək pensiyalarının sığorta hissəsini artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcəkdir. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcək: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, mərkəzində daima azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmişdir və bu uğurlu siyasət daima davam edəcək". Millət vəkili Azər Badamov da hesab edir ki, Azərbaycan sosial dövlətdir və görülən bütün işlər insanların sosial rifahının yüksəlməsinə yönəlib: " Son 15 ildə ölkəmizdə əməkhaqları 7, minimum əməkhaqları isə 6,5 dəfə artıb. Azərbaycan Prezidentinin sözügedən sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Bu, 34,8 faiz artım deməkdir. Bu artım təbii ki, böyük kütləni əhatə edəcək. Minimum əməkhaqqının artımı dövlət qulluğu sektoru da daxil olmaqla, birbaşa olaraq 600 minədək vətəndaşı əhatə edəcək. Sərəncamın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon manat qədər əlavə vəsait yönəldiləcək. Bu vəsaitlər birbaşa insanların rifahının yaxşılaşmasına xidmət edəcək". O, qeyd edib ki, bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı ilk sərəncamı deyil: "Bir müddət öncə pensiyaların artırılması ilə bağlı sərəncam imzalanmışdı. Ölkə başçısı bir neçə gün əvvəl şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi ilə bağlı sərəncam imzaladı. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan dövlətinin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması durur".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR