Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi

"Bu şəhərdə"nin ənənəvi mart konsertləri Sumqayıtda keçirilməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "Bu Şəhərdə"nin sosial şəbəkə hesablarında məlumat verilib.

Məlumatda bildirilib ki, mart ayında konsertlərin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlayıblar: "Nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq".

Qeyd edək ki, "Bu şəhərdə"nin Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Moskvada, Londonda, Stokqolmda, Minskdə, Kölndə, Riqada və s. şəhərlərdə 200-dən çox konsertləri olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR