KOB könüllüsü işlə təmin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı "KOB Dostu" ilə birgə fəaliyyət göstərən KOB könüllüsü Tamerlan Teymurov Agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində işlə təmin olunub. İqtisadiyyat Nazirliyndən "Olaylar"a verilən məlumata görə,  Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünəqoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün Agentlikdə "KOB Könüllüləri" Fəaliyyət Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən çox gənc Agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR