Prezidentin apardığı uğurlu siyasət ilə Azərbaycanın qələbələri daha da artacaq

"Bu günlərdə məşhur "Formula 1" avtomobil yarışının Bakıda keçirləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılması Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib. O, qeyd edib ki, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirdi: "Həmçinin ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəminin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidentin apardığı uğurlu siyasət ilə Azərbaycanın qələbələri daha da artacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR