Deputat: “Məktəbli oğlanlar və qızlar arasında siqaret çəkmək...”

"Həftə sonları ənənəvi futbol və basketbol partilərimiz öz qaydasında davam edir: "Fərqli-fərqli idman məkanlarında oynadığımıza görə, bəzi müsbət tendensiyanı müşahidə edə bilirəm". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, bu məkanlardakı futbol, basketbol, qılıncoynatma, voleybol kimi idman növlərinə çox sayda məktəbli valideyinləri ilə gəlirlər, idmana cidddi bir axın olduğunu sezirsən:"Məşqçilərdən də soruşduqda, onlar da təsdiq edirlər ki, hər bir idman növünə əvvəlkindən daha çox maraq yaranıb və çox vaxt qruplarda uşaq artıqlığını tənzimləmək olmur. Valideynlərin uşaqların idmanı üçün vaxtını əsirgəməməsi olduqca sevindiricidir. Azərbaycanı narkomaniya bürüyüb, bir çox hallarda məktəbli oğlanlar və qızlar arasında siqaret çəkmək, içki içmək və hətta narkotik istifadə etmək bir "yetkinlik prestiji" sayılır. İndi bu udmanla məşğul olanların sayı artdıqca "yetkinlik prestijinin" idmana, sağlamlığa maraq olduğunu görə bilərik. Yaxşı olar ki, valideyinlər uşaqları kitabxanaya, kitab mağazalarına da baş çəkməyə həvəsləndirsinlər, imkan tapdıqca onları bu məkanlarda da müşayət etsinlər. Mən öz həyatımda bunun nə dərəcədə böyük təsir vasitəsi olduğunu anlamışam. Xatırladım ki, orta məktəbin üçüncü, dördüncü siniflərində oxuyarkən mərhum atam hər bazar günü xahişim üzrə məni Naxçıvan şəhərindəki kitab mağazalarından birinə aparardı və 1-2 saat bu kitabların içində eşələnməyimə şərait yaradar, istədiyim kitabı tərəddüdsüz alardı. Sonradan şəhərin müxtəlif kitabxanalarında vaxtımı keçirmək mənim üçün əvəzolunmaz mənəvi əyləncəyə çevrildi. Bu gün də mərhum atama xatırlarkən nədənsə ilk öncə yaddaşımda onun kitab mağazasında məni həvəslə, səbrlə gözlədiyi obrazı canlanır. Futbol, basketbol, voleybol, şahmat oymanağı da o zamandan özüm üçün dəyişməz vərdişə çevirdim. Yəni valideynin belə bir diqqətəlayiq addımının gələcəkdə faydalı nəticələri çox ola bilər. Övladlarını idmana və mütailəyə, eləcə də musiqiyə, sənətə həvəsləndirən, vaxt tapdıqca onların bu fəaliyyətlərini birbaşa izləyən hər bir valideyinə dəyər verməliyik, çünki onlar uşaqların sağlam və bilgili gələcəyi üçün inanılmaz faydalı işlər görmüş olurlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR