Sumqayıtda güclü yanğın – Məcburi köçkünlərin tərk etdiyi evlər kül oldu

Sumqayıt şəhərinda güclü yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR