​"Bu artımla qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq" - Vüsal Qasımlı

"Ölkəmizdə işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi aparılam sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı 2019-cu il 8 fevral tarixli Sərəncamı da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, dövlət başçısının Sərəncamı ilə minimum aylıq əmək haqqı 38,5% artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılışdırlması üçün mühüm addımdır". Vüsal Qasımlı bildirib ki, minimum əməkhaqqının hazırki artımı ilə dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu Sərəncamdan faydalanacaq: "Yəni dövlət sektoru üzrə 450 min işçinin əmək haqları 30%, özəl sektor üzrə 150 min işçinin əmək haqları 15-20% artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon artacaq. Bu artım nəticəsində xüsusilə qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq". V.Qasımlı bildirib ki, 2004-cü illə müqayisədə minimum əmək haqqı 6,5% artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcədə artıb və minimum aylıq əmək haqqı yaşayış minimumu ilə bərabərləşib: "Ölkə üzrə minimum aylıq əmək haqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Ölkə üzrə 400 min şəxs 180 manata qədər haqqı alır, onların 67%-i, yəni 270 mini dövlət sektorunda çalışır. Bu Sərəncamdan sonra isə minimum aylıq əmək haqqı yaşayış minimumuna bərabərləşdi və orta əmək haqqının 33%-ni təşkil etdi. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR