Güclü külək yenidən qapımıza dayanıb - 2 gün

Fevralın 7-8-də Azərbaycan ərazisində güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR