Vitaminlər çəki artmasına səbəb olurmu?

Sağlamlıqla bağlı bildiyimiz bəzi səhvlər var. Bunlardan biri də gündəlik qidalanmamızda xüsusi yer tutan vitaminlər haqqında yanlış bildiklərimizdir. "Vitaminlər çəki artmasına səbəb olur" anlayışı həm internet və sosial mediada, həm də qulaqdan-qulağa ötürülərək yayılır. Araşdırmalar isə göstərir ki, vitaminlər heç də çəki artmasına gətirib çıxartmır.

Mütəxəssislər vitaminləri kalori dəyəri olmayan "mikro qida ünsürləri" adlandırır. Vəzifəsi yeyib-içərkən qazandığımız qidaları və bədəndəki metabolik prosesləri daha düzgün, vaxtında və problemsiz çalışmasına yol açmaqdır.

Vaxtsız, yanlış və az qidalanan, eyni zamanda sağlamlıq problemi yaşayan insanlarda vitaminlər və minerallar normal dəyərindən daha da aşağı səviyyəyə düşə bilər. Belə insanlar metabolizmanın pozulmasına görə iştahasızlıq hiss edə, həzm prosesi problemi yaşaya, nəticədə çəki itirə bilərlər. Vitamin çatışmazlığı problemi müəyyən edilib, müalicə olunduqdan sonra həzm sistemi və iştaha da yaxşılaşır və yenidən sağlam bir çəkiyə sahib olurlar. Mütəxəssislər vitaminlər və mineralların çəki artmasına səbəb olmadığını bildirirlər. Araşdırmalar eşitdiklərimizin əksinə olaraq vitaminlərin çəki artımına səbəb olmadığını sübut edir.

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR