Nəsimi rayonunda 2018-ci ilin yekunları müzakirə edilib

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini  Eldəniz  Cabbarov   bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, "Abad həyət" və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. İnzibati ərazinin əhatə dairəsinə düşən H.Seyidzadə 1, 3,7, R.Məmmədov 23, 25, A.Məhərrəmov 46,50,68, 20 yanvar 37 A saylı binalarin fasadlarinin təmiri başa çatmışdır. A.Mustafayev 10, 11, 12, 14, 17 və 17A saylı binaların fasadaları rənglənmişdir, bu binalarda yerləşən ticarət obyektlərinin qanunsuz və istifadəyə yararsız reklamları sökülmüşdür. Mir Cəlal küçəsində yüksək gərginlikli elektrik xəttlərinin yeri dəyişdirilmiş, kuçənin mərkəzinə və kənarlarina bardur çəkilmiş,  işıq dirəkləri quraşdırılmiş, yeni asfalt örtüyü çəkilmişdir. Hüseyn Seyidzadə küçəsinin Mir Cəlal küçəsindən  4 mkr. dairəsindək olan hissəsi yenidən təmir olunmuşdur. Burada bardürlər təzələnmiş, yeni asfalt örtüyü çəkilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR