54 yaşlı Tacir Şahmalıoğlu üçüncü dəfə ata olacaq


54 yaşlı müğənni Tacir Şahmalıoğlu ata olacaq. 

Bu, sayca ifaçının üçüncü övladı olacaq. Bu haqda Tacir "Şou ATV" verilişində deyib. 

Müğənni aparıcı Nanə Ağamalıyevanın bununla bağlı sualını təsdiqləyib. O, övladının beş aydan sonra dünyaya gələcəyini söyləyib.

Qeyd edək ki, T.Şahmalıoğlunun bir qız, bir oğul övladı var. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR