Bakıda “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlim keçiriəcək

Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində 23-25 yanvar tarixlərində  "Hilton Baku" otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Gender bərabərliyi və media azadlığı" mövzusunda təlimlər təşkil olunacaq. Komitədən "Olaylar"a bildirilib ki, təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq. 25 yanvar tarixindəki təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.​ Təlimlər "Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları", "Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi", "Cinsiyyətçi nifrət nitqi ilə mübarizə", "Gender məsələlərinin mediada işıqlandırılması", "Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar" adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək. İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 19 yanvar 2019-cu il tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb komiteinfo@gmail.com və fieldbaku@coe.int (hər ikisinə) elektron ünvanlarına göndərmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR