Aİİ ilk “Fəxri doktor” diplomunu təqdim edib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)"29 Mayıs" Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça ali təhsil müəssisəsinin"Fəxri doktor"u diplomunun təqdim edilməsi mərasimi təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, mərasimdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb.

Aİİ rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasətihazırdaböyük uzaqgörənliklə və məqsədyönlüsurətdədavam etdirdiyini vurğulayıb.

C.Məmmədov Təyyar Altıkulaç haqqında ətraflı məlumat verib. O, iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulaçın böyük xidmətlərini, həmçinin tükənməz səylərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İnstitut rəhbəri Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən də bəhs edib.

Daha sonra çıxış edən Təyyar Altıkulaç Azərbaycana bağlılığından bəhs edib. Azərbaycanın uğurları ilə hər zaman fəxr etdiyinisöyləyən Təyyar Altıkulaç göstərilən diqqət və qayğıdan, etimaddan  qürur duyduğunu bildirərəkehtiramını ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR