2018-ci ildə sınağa çəkilən Azərbaycan mediası - ŞƏRH

"2018-ci il Azərbaycan mediası üçün ictimai maraqların müdafiəsi baxımından sınaq ili oldu".

Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

2017-ci ilin ikinci yarısından başlayaraq, xaricdən, düşmən mətbuatı tərəfindən Azərbaycana qarşı ciddi hücum kampaniyasının keçirildiyini xatırladan sədr müavini söyləyib ki, bu kampaniya 2018-ci ilin əvvəllərində daha çox şiddətləndi.

Onun sözlərinə görə, hədəf Azərbaycanda ictimai sabitliyi, keçiriləcək prezident seçkilərini pozmaq idi: "Azərbaycan mediası ölkə başçısının, ictimai maraqların, hakimiyyətin, dövlətin yanında duraraq düşmən kampaniyaya layiqli cavab verə bildi. Azərbaycanda ictimai rəyin nəinki çaşmasına imkan vermədi, eyni zamanda ölkəmizdə ictimai rəyin düzgün yönəlməsinə çox ciddi şəkildə töhfə verdi. Nəticələri də o oldu ki, Azərbaycanda ictimai rəy vahid, bütöv oldu, prezident seçkilər də xalqın rəyinin qalibiyyəti ilə başa çatdırıldı".

M.Ələsgərli söyləyib ki, 2018-ci ildə Azərbaycana qarşı xaricdən hücumlar oldu və bir sıra təxribatlar törədildi: "Gəncə, Mingəçevir kimi şəhərlərdə təxribatlar törədildi. Həmin təxribatlar zamanı da yenə də şər qüvvələr ölkəmizdə ictimai rəyi çaşdırmağa, sabitliyi pozmağa cəhd göstərdilər. Amma yenə də Azərbaycan mediasının yardımı, köməyi və bir başa iştirakı ilə ictimai rəyi stabil olaraq qorumaq, çaşqınlığa getməyə yol verməmək üçün geniş fəaliyyət göstərdi".

Qurum rəsmisi qeyd edib ki, bütün bunlar ölkə mediasının ictimai rəyin düzgün, doğru və ictimai maraqlara uyğun olaraq formalaşmasında iştirak etdiyini və öz mövqeyində sabit qaldığını göstərir: "Ötən il media ilə bağlı digər proses onlayn medianın ciddi şəkildə inkişaf etməsi ilə bağlı oldu. Onlayn media da kifayət qədər öz inkişafını qorudu və daha da inkişaf etdi".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR