Azərbaycanda partlayış: yaralananlar var

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR