Türkiyənin məşhur televiziya verilişi Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb

Türkiyənin "Kanal 7" televiziya kanalının məşhur layihələrindən sayılan və tanınmış aparıcı Özlem Tuncanın təqdimatı ilə yayımlanan "Dünyayı geziyorum" verilişinin heyəti Azərbaycanı ziyarət edib. "OLAYLAR" xəbər verir ki, hər həftənin bazar günü "Türk Hava Yolları"nın sponsorluğu ilə yayımlanan verilişdə nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb, ölkənin turizm imkanları barədə ətraflı məlumat verilib.

Verilişin biri Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri və tarixi məkanlarına həsr olunub.

Bakını Qafqazın Dubayı adlandıran aparıcı Bakıda ilk dəfə şəhər turuna çıxdığını bildirib və qeyd edib ki, Bakı- müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə cəlb edən şəhərdir.  Məsələn, Bakının müasir simvollarından biri olan "Alov qüllələri", qədim İçərişəhər haqqında məlumat verən aparıcı İçərişəhərin onda xoş bir təsir bağışladığını vurğulayıb.

"Dünyanı geziyorum"un yaradıcı heyəti Bakıda yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

"Türk Hava Yolları"nın Bakı ofisinin rəhbəri Seyfulla İlyas sözügedən verilişin qonağı olub vəTürkiyədən Azərbaycana həyata keçirilən uçuşlar barədə məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Atatürk hava limanından Bakıya 4 dəfə, Sabiha Gökçəndən isə həftədə 3 dəfə uçuşlar yerinə yetirilir. Noyabrın 8-də açılan Yeni İstanbul Aeroportundan ilk uçuşlardan biri məhz Bakıya olduğunu deyən Seyfulla İlyas onu da bildirib ki, 2019-cu ilin yanvar ayında Ankaradan, yay aylarından etibarən isə Antalyadan Bakıya birbaşa aviareyslər açılacaq.

Aparıcının "artıq 3 il "Türk Hava Yolları"nın Bakı ofisinə rəhbərlik edən Seyfulla İlyas özünü Bakıda necə hiss edir?" sualına şirkətin rəsmisi cavab verib: "Bizi bilrləşdirən,Türkiyəyəbənzər milli və mənəvi dəyərlər mövcuddur. Eyni zamanda, Bakının özünə məxsus xüsusi cəhətləri var. Hər kəsi bu şəhəri ziyarət etməyə çağırıram".

Bakıdan sonra verilişin heyəti Gəncə, Qobustan, Lahıc (İsmayıllı), Qəbələ, Şamaxı və Qala Arxeoloji-Etnoqrafik Muzey Komleksindən də xüsusi çəkiliş aparıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR