“Sağlam məktəbli” layihəsi davam edir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində dekabrın 6-da Nizami rayonunda yerləşən 12 saylı orta məktəbdə olublar. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, "Qida zənciri", "Qida məhsullarında etiket qaydaları" videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin önəmindən danışılıb.

Daha sonra agentlik əməkdaşları tərəfindən "Qida təhlükəsizliyində insan amili" təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində "Məktəb bufetlərində qida təhlükəsizliyi", "İlkin qida təhlükəsizliyi vərdişləri","Enerji içkilərinin ziyanları", "Suyun və faydaları və iondan düzgün istifadə qaydaları", "Qida zəhərlənmələri"kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR