Nazir Azad Rəhimov Biləsuvarda qəbul keçirəcək

Gənclər və idman naziri  Azad Rəhimov dekabrın 7-də  Biləsuvarda  vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli  rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 10:00-da Biləsuvar Gənclər evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, RİH  ilə üzbəüz) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman   idarələri ilə əlaqə saxlamalıdırlar. Ağcabədi 050-733-45-65; Beyləqan 055-743-12-12; Biləsuvar 050-504-44-22; İmişli 050-635-66-49.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR