Aİİ-də növbəti təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yazıçı-psixoloq Rövşən Abdullaoğlunun təqdimatında "İnsan niyə tükənir?" mövzusunda təlim keçirilib.

Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda təşkil etdiyi "dəyirmi masa"lar, seminarlar, treninqlər və görüşlər xüsusi rol oynayır. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vaxtın idarə olunması, zaman itkisinə səbəb olan amillərin ortaya çıxarılması və aradan qaldırılması, iş planının düzgün tərtibi, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Yazıçı-psixoloq Rövşən Abdullaoğlu "İnsan niyə tükənir?" mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi  tükənmə sindromunun əlamətləri və onunla mübarizə yollarıdır. O bildirib ki, özünü hər gün narahat və yorğun hiss edən, tez hirslənən, həyatından və işindən zövq ala bilməyən insanlar tükənmə sindromundan əziyyət çəkirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR