Əlil idmançıların əmlakları əllərindən alınır

Beynəlxalq Məbuat Mərkəzinin  Mətbuat Zalında Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisşilərindən biri olan "FENCİNG İdman Klubu" İctimai Birliyi məbuat konfransı keçirib. Konfransda federasiyanın hüquqlarını müdafiə edən "Milli Hüquq" evinin rəhbəri Nicat Gözəlov çıxış edərək altı ildən çox davam edən məhkəmə çəkişmələri və hazırki durum haqqında ətraflı məlumat verib. Milli dövlətçilik ənənələrinə sadiq olduğunu bildirən hüquqşunas Azərbaycan məhkəmələrinin nüfuzuna xələl gəlməmək məqsədilə bu vaxta qədər məsələnin ictimailəşməsini isəmədiyini, lakin artıq vəziyyəin dözülməz hal aldığını görüb KİV-lərə müraciət eməyə məcbur qaldıqlarını bildirib. Sözgedən İdman Klubunun sədri Asəf Məlikov qeyd edib ki, Azərbaycan Respubliaksının paytaxtı Bakı şəhərində "FENCİNG" İdman Klubu ictimai birliyinin əmlakı erməni dəsti-xətti ilə işğal olunur:  "Erməni dığalarına qarşı əlində silah vuruşmuş bir Azərbaycan zabiti olaraq bunları görmək çox ağrılıdır. Belə ki, ermənilər Azərbaycan torpaqlarını qəsb etmək üçün tarixi sənədləri saxtakarlaşdırıb yalan və uydurmaları dünyaya təqdim  edirlər. Eyni şəkildə 07 mart 1997-ci ildə saxta alqı-satqı sənədi hazırlayaraq (22  saylı Dövlət notariat kontorunun saxta möhürü ilə 3MA-22 nömrəsi altında), guya mərhum Dürdanə Əliyeva adından etibarnamə ilə Rüstəm Xankişiyevin adına Maqsud Əlizadə küçəsi 29 saylı ünvanda yerləşən mülkiyyət özünküləşdirib. Bunu sübut edən sənədlər məhkəmə orqanlarına təqdim olunub. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 02 oktyabr 2009-cu il 05/01-M-85/2-13 saylı, 15 yanvar 2010-cu il 05/01-04/11 saylı, 18 yanvar 2013-cü il 05/01-17/11 saylı və sair sorğulara cavab məktubları ilə alqı-satqı müqaviləsinin saxta olduğu təsdiqlənmişdir. Bu məktublar həm bizim, həm də Məhkəmə orqanları tərəfindən verilmiş sorğulara cavabdır".

Onun bildirdiyinə görə, sorğulara verilən cavablarda qeyd olunub ki, 3MA-22 saylı alqı-satqı müqaviləsi 1997-ci il 07 mart tarixində deyil, 05 mart tarixində, Dürdanə Əliyeva və Rüstəm Xankişiyev arasında deyil, ümumuiyyətlə başqa şəxslər və başqa ünvan üzrə bağlanmışdır. Dürdanə Əliyeva və Rüstəm Xankişiyev arasında isə nəinki 07 mart tarixində, ümumiyyətlə 1997-ci ildə heç bir əqd bağlanmamışdır. Bu səbəbdən də qarşı tərəfin, guya 22 saylı Dövlət Notariat kontorunda kiçik həcmli yanğın çıxmasına diqqəti yönəltməsi absurddur. Sənədlərlə tanış olan cavabdehin hüquqi varisləri Xankişiyev Ramil Rustamoviç, Xankişiyeva Flora Rüstəmovna, Xankişiyev Avdil Rustamoviç iddiaçının hüquqi varisi, əmlakı təmənnasız olaraq Azərbaycan Əlil Arabasında Qılıncoynatma Fedearsiyasının həmtəsisçilərindən biri olan "FENCİNG" İdman Klubu ictimai birliyinə bağışlayan Əliyev Təhmasif Qaçay oğlu ilə, Məhkəminin təklifini nəzərə alaraq 10 sentyabr 2014-cü ildə Barışıq sazişi bağlamışlar. Barışıq sazişi Bakı şəhəri 43 saylı notariat kontorunda 10 sentyabr 2014-cü ildə 3m-695 saylı reyestr nömrəsi ilə qeydə alınıb. Barışıq sazişinin bəndlərinə müvafiq olaraq cavabdehin varisləri iddiaçının Bakı şəhəri, Əlizadə küçəsi 29 saylı evin ikidə bir hissəsinə olan iddiasını qəbul edir, ½ üzrə tam mülkiyyət hüququnu tanıyırlar: "Bununla məsələni bağlanmış hesab etmək olardı. Amma əfsuslar olsun ki, Xankişiyev Rüstəm vəfat etdikdən sonra, həmin evin digər ikidə bir hissəsini, erməni siyasətinə uyğun olaraq varislərin məlumatı olmadan, qüvvədən düşmüş etibarnamə ilə satan Cahangir Baxış oğlu Quliyev Klubumuza aid olan digər ikidə bir hissəsini də erməni üsulu ilə ələ keçirtməyə çalışır. O, məhkəməyə, guya Bakı şəhəri 38 saylı notariat kontorunda 15 sentyabr 2006-cı ildə təsdiq edilmiş saxta qəbz təqdim edib. Sənədin saxta olduğunu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 38 saylı Notariat kontorunun və  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq məktubları sübut edir. Bundan başqa, Ali Məhkəmənin hakimi Akif İsgəndərovun sədrliyi, Apelyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında "FENCİNG" İdman Klubu ictimai birliyinin əmlakı qanunvericilik çərçivəsində qəbul edilmiş qərarla təsdiqlənib. Lakin Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın sədrliyi, Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında, məhkəməyə Cahangir Quliyev tərəfindən təqdim edilmiş saxta sənədə hüquqi qiymət verilməsi əvəzinə qanuni don geyindirilməsi istiqamətində qərar qəbul edilib. Azərbaycan Respublikası sivil, hüquqi dövlətdir. Biz Azərbaycan Respublikasında qanunun aliliyi hökm sürdüyünə inanırıüq. Erməni siyasətinə uyğun olaraq saxta sənədlər düzəldərək başqalarının əmlakının qəsb edilməsinə yönəlik hərəkətlərə, düşünürük ki, qanun çərçivəsində cavab veriləcək".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR