Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransı

Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minə yaxın iştirakçı - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi İnstitutlarının XIII Konfransı keçirilib. Olaylar.az bildirib ki, ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib. ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov qeyd edib ki, Ümumdünya Konfransı Konfutsi İnstitutlarının təcrübəsini, digər ölkələrin həmkarları ilə əməkdaşlıq perspektivlərini və əməkdaşlıq sahələrini özündə birləşdirməyə imkan verib. R.Abbasov həmçinin əminliklə bildirib ki, Ümumdünya Konfransında Konfutsi İnstitutunun işini mədəni fəaliyyətinin effektivliyini artıracaq, İnstitutun akademik tədqiqatlarda və peşə hazırlığında rolunu gücləndirəcək, ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycanın digər universitetləri arasında "Konfutsi Araşdırmaları Proqramı" sayəsində əməkdaşlığı inkişaf etdirəcək, Konfutsi İnstitutunun "Təhsil Proqramı" effektivliyini artıracaq, Konfutsi İnstitutunun ictimai imicini yaxşılaşdıracaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR