“İslam dininin Azərbaycan toxuculuq nümunələrində əksi ” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "İslam mədəniyyətində toxuculuq sənəti" mövzusunda seminar keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,  Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovseminar iştirakçılarını salamlayaraq, İnstitutun tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar, "dəyirmi masa"lar,treninqlər və görüşlərin keçirilməsinə xüsusi önəm verdiyini qeyd edib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova"İslam mədəniyyətində toxuculuq sənəti" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada bu dinin təşəkkül tapması ilə yanaşı, yeni İslam mədəniyyəti formalaşıb.Qədim tarixi kökləri olan Azərbaycan mədəniyyəti İslam dininin təsiri altında daha dazənginləşib, mükəmməl bədii sənət nümunələri və memarlıq abidələriyaradılıb.

S.Nəsirova Azərbaycan toxuculuq sənətinin nailiyyətlər əldə etməsində  İslam dininin xüsusi rol oynadığını vurğulayıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR