Dünya çempionumuzun biznesmen qardaşının başına İŞ GƏLDİ: 136 min manatı taksidə unutdu və...

İstanbula təyyarə ilə gedən 44 yaşlı azərbaycanlı iş adamı Pərviz Baxşəliyev "Uber" şirkətinə məxsus taksidə 136 min manat pulunu unudub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 37 yaşlı taksi sürücüsü iş adamını taparaq onunla Mahmudbəydəki bir ofisdə görüşüb və çantası ilə pulu ona verib.

"Bütün şeylərim çantanın içində idi. Çantanın içində 136 min manat pul var idi. Puldan da əhəmiyyətli olanı şəxsi əşyalarım idi. Çox təşəkkür edirəm, insanlıq ölməyib", - Pərviz Baxşəliyev deyib.

Qeyd edək ki, Pərviz Baxşəliyev İngiltərədə yaşayan məşhur kikboksçu, dünya və Avropa çempionu Hafiz Baxşəliyevin qardaşıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR