Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi

Tanınmış oftalmoloq, Dr. Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeyinlərinə ən çox ünvanladığı sualları cavablandırıb. "Olaylar" Xanın Poluxovanın cavablarını təqdim edir.

- Eynəyi daimi taxmalıyam ya sadəcə uzağa baxanda taxım?

- 40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır.

- Kompyuterdə isləyirəm, qoruyucu eynək istifadə edə bilərəm?

-Hazırda istehsal olunan kompyuterlərin ekranları qoruyucu təbəqəli olur, hər 20 dəqiqədən bir fasilə edin.

- Nəyə görə məndən yaşca böyük tanıdıqlarım yaxına eynək taxmırlar?

- 40 yaşdan sonra hər kəsdə yaxına görmə zəifləməyə başlayır ,uzaq görməsində zəiflik varsa bu cür insanlarda yaxına görmə daha gec zəifləyir, bəzə isə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxına görmə yaxşılaşır.

- Başqasının eynəyini taxdım gözüm zəiflədi, yalnış eynək gözlərdə  yorğunluq baş ağrısı yarada bilər?

-Eynək nömrəmi az yazın gözüm öyrəşməsin, hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır. Nömrənin yüksək olması pasientləri narahat etməməlidir.

-Müalicə edin eynək taxmayım?

- Eynək ehtiyacı xəstəlik deyil refraksion qüsurdur və müalicə deyil korreksiya olunmalıdır. Korreksiyanın 3 növü vardır eynək, kontakt linza və excimer lazer əməliyyatı.

- Eynəyi gün ərzində neçə saat taxmalıyam?

- Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxardılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər.

-Eynəyimi davamlı taxmadım ona görə görməm zəiflədi. Eynək taxılsada taxılmasada zəifləməyə meyilliliyi olan insanlarda zəifləmə davam edəcəkdir?

-Yenicə enək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir və eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir, əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır taxdıqda yaxşı görmə olur çıxardığınız zaman əvvəlki görmə qayıdır.

- Uşağımda getdikcə eynək nömrəsi artır necə edək nömrələr dayansın?

-Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə boyu necə artırsa göz ölçüləridə artır ,və təxminən 18-20 yaşlarda  dayanır.

- Uşağa eynək təyin olunub, neçə yaşına kimi eynək taxmalıdır, eynək taxdiqdan sonra zəif görmə düzələcəkmi?

-Eynək ehtiyacı davam etdiyi müddətdə eynək taxılmalıdır, eynəyi taxdıqda görmə düzələcək. 18 yaşa kimi excimer lazer əməliyyatı məsləhət görülmür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR